Xəbərlər
Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri həyata keçiriləcək.
Prezident İlham Əliyev bu işlər üçün vəsait ayrılması məqsədilə mayın 2-də Sərəncam imzalayıb.
Sərəncama əsasən, ziyarətgahda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
Həmin məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.