YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaliblər mükafatlandırılıblar

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 4 fevral 2025-ci il tarixli qərarına əsasən, İttifaq üzvlərinin 6-15 yaşlı övladları və ya nəvələri arasında qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş “Ekologiya – mənim fırçamda” mövzusunda keçirilmiş rəsm müsabiqəsində Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqının üzvü olan 16 nəfərin övladları və ya nəvələri də iştirak ediblər.

Mart-aprel ayları ərzində üç yaş kateqoriyası (6-8, 9-11, 12-15) üzrə keçirilmiş müsabiqəyə aprelin 25-də yekun vurularaq münsiflər heyətinin qərarı ilə qaliblər elan olunmuşdur. Qaliblər arasında YAP Həmkarlar İttifaqı təşkilatından 5 nəfər yer alıb.

2025-ci il mayın 2-də YAP Həmkarlar İttifaqı Komitəsində keçirilmiş tədbirdə həmin rəsm müsabiqəsində iştirak etmiş 16 nəfər diplom və qiymətli hədiyyə ilə mükatlandırılmışlar.

DİGƏR Xəbərlər Arxiv