YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda voleybol idman növü üzrə yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və  117 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə yarış keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşiyeva, Binə Bələdiyyəsinin sədri Habil Həmidov çıxış edərək ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edib. Qeyd olunub ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır .Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu Öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. 

Çıxışlardan sonra yarışa start verilib. 117 saylı tam orta məktəb 1-ci yerə, 26 saylı tam orta məktəb 2-ci yerə və 149 saylı tam orta məktəb isə 3-cü yerə layiq görülüb.

Yarışın sonunda qalib komandanlara hədiyyələr təqdim olunub.