YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöl rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bakı-Qazax magistral avtomobil yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində təşkil olunmuş ağacəkmə aksiyasında 102 ədəd həmişəyaşıl şam ağacları əkilib.

Ağacəkmə aksiyasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilat sədrləri, partiya fəalları və gənclər iştirak ediblər.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, rayonun ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verməkdir.