YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və “İstiqlaliyyət prospekti, 13B” ünvanı üzrə (Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.

Turnirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ-nin direktoru Ramil Tağıyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov turnirin Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb: 

Sonda iki gün davam edən turnirin qaliblərinə diplom, medal və hədiyyələr, iştirakçı və hakimlərə təşəkkürnamələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv