Xəbərlər
“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov, rayon Təhsil sektorunun baş məsləhətçisi Yüzbəy Abuyev, rayon prokurorluğunun əməkdaşı Gülçöhrə Kazımzadə, partiya fəalı, Qusar şəhər bələdiyyəsinin üzvü Emin Əlixanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaratdığını deyiblər. Qeyd olunub ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövrü onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub.
Daha sonra məktəblilərin sualları cavablandırılıb.
Sonda Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, “Heydər Əliyev və təhsil” adlı videoçarx nümayiş olunub.