YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə inşa müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndər Heydər Əliyevin arzuları reallığa çevirib” mövzusunda inşa müsabiqəsi keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında xidmətləri barədə danışıb. O, inşa-yazı müsabiqəsinin Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndər irsinin gənc nəsil arasında təbliği baxımından önəmini diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv