YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə partiyadan irəli sürülən qadın namizədlərə dəstək kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə  YAP-dan irəli sürülən qadın namizədlərə dəstək kampaniyası davam edir. YAP Nəsimi rayon təşkilatında  keçirilən  görüşdə tədbirlə bağlı açıqlama verən YAP Qadınlar Şurasının sədri,  partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva bildirdi ki,  ölkənin həyatında önəmli hadisə olan   parlament seçkilərinə ciddi hazırlıq görülür, təbliğat-təşviqat kampaniyası davam edir. Seçkilərə qələbə əzmi ilə başladığını “Yeni hədəflərə doğru” çağırışı ilə bildirən, seçiciləri ilə görüşlərində  təmsil olunduqları partiyanın dəst xətti, məqsəd –məramı ilə bağlı  açıqlama verən  YAP-ın namizədlərinin  seçiciləri ilə görüşləri  qələbəyə doğru atılan addımlardır:

Nurlana  Əliyeva bildirdi ki, dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni sırada addımlayan Azərbaycan bütün dünyanın mütərəqqi insanlarının qüdrətli ölkə kimi tanıdığı  bir ölkədir. Azərbaycanın  iqtisadi , siyasi, sosial, diplomatik inkişafı ölkə əhalisinin gündəlik həyat tərzində də  ifadəsini tapır. Bütün bunlar Prezident, YAP-ın sədri Prezident İlham Əliyevin  davam etdirdiyi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi,  tərəqqisi və  beynəlxalq səviyyədə etiraf olunan  qüdrətidir.

YAP tərəfindən 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Məlahət İbrahimqızı çıxışında gənclərə xitab  edərək bildirdi ki, parlament seçkilərinə bir amalla, qələbə əzmi ilə gedirik.

  Parlament seçkilərində YAP-nı 30 saylı Suraxanı  birinci seçki dairəsindən təmsil edən Sevinc Fətəliyeva da gəncliyin nümayəndəsi kimi ürək sözlərini bildirdi.

Sədaqət Vəliyeva YAP-nı 25 saylı Nizami ikinci seçki dairsində  təmsil edir. Millət vəkili kimi özünü doğruldan Sədaqət Vəliyevanın təkrar olaraq parlamentdə təmsil olunmasına tərəfdar olanların sayı çoxdur. İnsanların ən kiçik istəklərinə belə  həssaslıqla yanaşan Sədaqət xanım da çıxışında  dövlətin  gənclər siyasətinin uğurlarından  danışaraq elə bu nailiyyətlərin davamına tərəfdar olmalarını dilədi.

Ilk dəfə səs verən gənclər adından çıxış edən   Ələkbər Mirzəyev,  Arzu Həsənzadə və Niğar Əliyeva  bildirdilər ki, parlament seçkilərində  ən layiqlilərə  səs verib etimad göstərməklə  Azərbaycan gəncliyinin tükənməz potensialını və siyasi hazırlığını təsdiqləyəcəyik.