YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qəlblərə nur saçan insan”

 

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının OKİ Hospitalı ərazi partiya təşkilatında Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş “Qəlblərə nur saçan insan” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zərifə Əliyevaya həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, RİH başçısının birinci müavini Şahid Fərəməzov, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, RİH-in məsul əməkdaşı Ceyhun Hacıyev Zərifə Əliyevanın mənalı ömür yolundan, Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən ətraflı bəhs ediblər.