Xəbərlər
YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov raynunun seçiciləri ilə növbəti görüşünü keçirib
Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Hikmət Babaoğlu bu gün Nərimanov raynunun seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşü açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Hikmət Babaoğlu haqqında görüş iştirakçılarına məlumat verib.
Deputatlığa namizəd Hikmət Babaoğlu YAP-ın cəmiyyətdə böyük nüfuzu sahibi olduğunu bildirərək partiyanın dövlətimiz və xalqımız qarşısında böyük xidmətlər göstərdiyini bildirib. Seçicilər etimad göstərəcəyi təqdirdə onların parlamentdə layiqli təmsilçisi olacağını deyən Hikmət Babaoğlu vətəndaşları seçki günündə fəal olmağa çağırıb.
Görüşdə çıxış edən seçicilər 1 noyabr seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.