Xəbərlər
Novruz Məmmədov: İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar
"Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir".
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb. /Trend/
N.Məmmədov qeyd edib: "Necə olur ki, İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar. Amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər".