YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Malayziyada rəsmi səfərdə olmuşdur

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən  Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təşkilatçılığı ilə “Qadınlar siyasətdə” adlı beynəlxalq konfransda iştirak etmişdir. İki gün keçirilən konfansda qadınların cəmiyyətdə yerindən, hazırki  dünya siyasi arenasında qadınların mühüm rolundan bəhs olunmuşdur. Konfrans oktyabrın 16-da başlamış və iki gün davam etmişdir. 

14 ölkədən 70-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransı  giriş sözü ilə Malayziyanın baş naziri Sri Mohd Najib Tun Abdul Razak açmışdır. O, siyasətdə qadınların rolunu xüsusi vurğulamış və gələcəkdə idarəetmədə qadınlara şəraitin yaradılmasının əhəmiyyətindən danışıb. Daha sonra konfrans rəsmi olaraq baş nazir tərəfindən açıq elan edilib. Panel müzakirələrlə keçən konfransda müxtəlif ölkələrin təcrübələrindən bəhs edilib, fikir mübadiləsi aparılıb.

Konfransda Yeni Azərbaycan Partiyasını GB-in sədr müavini Samirə Quliyeva və YAP Gənclər Birliyi Ofisinin koordinatoru Aytən Hüseynova təmsil edib.