YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədərək rayonunda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

Sədərək kənd İcra Nümayəndəliyində Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, Sədərək rayon Mərkəzi Xəstəxananın baş həkimi Coşqun Babayev, partiya fəalları Vüsalə Əliyeva, Nərgiz Salahova və Məsumə Tağıyeva görkəmli oftalmoloq-alim Zərifə хanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənclərimizə parlaq nümunə olduğunu deyiblər. Qeyd olunub ki, Zərifə xanım özündə əsl Azərbaycan qadınının ideal obrazını cəmləşdirib.

Çıxışlarda akademikin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən və böyük alimin xalqımız qarşısında əvəzsiz xidmətlərindən geniş bəhs olunub.