YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

Mingəçevir Turizm Kollecində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, kollecin Tədris şöbəsinin müdiri Ceyhun Abdullayev, kollecin tarix müəllimi Məleykə Vəliməmmədova və digərləri çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki,  dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan Konstitusiya məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan kollecin əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.