YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda “stolüstü tennis” idman növü üzrə yarış baş tutub

Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə idman yarışları davam edir. Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “stolüstü tennis” idman növü üzrə yarış baş tutub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxışlarında ölkəmizin idman sahəsində əldə etiyi uğurlardan və gələcək perspektivlərdən bəhs ediblər. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün əldə edilən möhtəşəm uğurlar haqqında danışa bilirik.

Diqqətə çatdırlıb ki, düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirib. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişaf və nüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edir.

Yarışın qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.