YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan gəncliyi”

Yeni Azərbaycan (YAP) Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsinə dair həyata keçirilən layihə çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məşğələ keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir simasını müəyyən edən dahi şəxsiyyət olduğunu deyiblər.

Vurğulanıb ki, bu gün Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi hər birimiz üçün vacibdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb və bu tarix bu gün də yaşayır.

Tədbir diskussiya şəklində davam edib.