Xəbərlər
YAP-nın 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində deputatlığa namizədi Əli Hüseynli seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədi Əli Hüseynli Yevlax rayonu Xaldan qəsəbəsində Xaldan və ətraf kəndlərdə yaşayan seçicilərlə görüşüb.
Görüşü giriş sözü ilə açan namizədin səlahiyyətli nümayəndəsi, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev qeyd edib ki, ötən 5 il ərzində bizimlə birgə olan Əli Hüseynli daim dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirərək xalqın rifahının yüksəlməsi naminə bir millət vəkili, eyni zamanda komitə sədri kimi əzmlə çalışıb.
Sonra çıxış edən namizəd Əli Hüseynli dövlətimizin və Yeni Azərbaycan Partiyasının xalqa göstərdiyi xidmətlərdən söz açıb. O, qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşının yaxşı yaşamaq haqqı var və bütün bu həyat səviyyəsini yüksəltmək onların qayğısına qalmaq biz millət vəkillərinin borcudur
Sonra kənd sakinləri çıxış edərək Əli Hüseynovun ləyaqətli insan, təəssüfkeş millət vəkili olduğunu söyləyib, cənab Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının laiqli namizədinə səs verəcəklərini vurğulayıblar.