Xəbərlər
Cəlilabadda deputatlığa namizəd Malik Həsənovun seçicilər ilə görüşləri davam edir
Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Həsənov Malik Əvəz oğlunun yaşayış məntəqələrində seçicilərlə seçkiqabağı görüşləri və təbliğat-təşviqat tədbirləri davam edir.
22 oktyabr 2015-ci ildə 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizəd Həsənov Malik Əvəz oğlunun rayonun Muğan, Cəlayir və Şorbaçı kəndlərində seçicilərlə seçkiqabağı görüşləri və təbliğat-təşviqat tədbirləri keçirilmişdir.
Yeni Azərbacyan Partiyasının 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi, Milli Məclisin deputatı Həsənov Malik Əvəz oğlu keçirilən tədbirlərdə seçicilər qarşısında çıxış edərək onun namizədliyini bu il yenidən irəli sürmüş Yeni Azərbacyan Partiyasına, partiyamızın sədri cənab İlham Əliyevə bir daha minnətdarlığını bildirmiş, seçiciləri əmin etmişdir ki, o, bundan sonra da Yeni Azərbacyan Partiyasının etimadını doğrultmaq üçün səylə çalışacaq, seçicilərin müraciət və təkliflərinə baxılması və onların həll olunması üçün əlindən gələni əsirgəməyəcəkdir. O, həmçinin 01 noyabr 2015-ci ildə seçiciləri fəal olmağa və ona səs verməyə çağırmışdır.