YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Mari Bokel: Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yerinin olması qədim adət-ənənədir

Azərbaycanda qadınların cəmiyyətdə xüsusi yerinin olması qədimdən qalmış adət-ənənədir.

Bu fikri Fransa senatoru Jan–Mari Bokel Azərbaycan qadınları haqqında hazırlanan məruzə ilə bağlı verdiyi müsahibədə qeyd edib.

Bokel “Münaqişə vəziyyətində qadın hüquqları: Azərbaycan qadınlarının timsalında” adlı məruzənin ölkəmizdə qaçqın və məcburi köçkün qadınlar haqqında ətraflı məlumat verdiyini və reallığı olduğu kimi təqdim etdiyini bildirib.

“Fransız senatoru kimi bu məruzəni dəstəkləyərək bir daha Azərbaycanın yaxın dostu olduğumu göstərdim. Düşünürəm ki, ölkəmin əhalisi Azərbaycan reallıqlarını yaxşı tanımır, ona görə də belə məruzələrə ehtiyac var. Bu qədər qaçqın və məcburi köçkünlərin problemini müvəffəqiyyətlə həll etmək hər ölkənin işi deyil. Qadınların hüquqlarına və onların cəmiyyətdə yerinə riayət olunması üçün hökumətin göstərdiyi səylər təqdirəlayiqdir. Azərbaycan qadınlarının seçilməsi heç də təsadüfi deyil. Regionun digər ölkələri ilə müqayisədə bu ölkədə qadınların hüquqlarına hörmət olunur və ailədə onların yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda qadınların cəmiyyətdə yeri ilə bağlı adət-ənənələri var”,- deyə Jan-Mari Bokel vurğulayıb.