Xəbərlər
YAP-ın namizədlərinin qələbəsi üçün ciddi əsaslar var
YAP-ın 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədi Şahin İsmayılovun oktyabrın 21-də təbliğat və təşviqat kampaniyası çərçivəsində rayonun Baharabad və Günəşli kəndlərində görüşləri keçirildi. Görüşlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Rəfael Pəsiyev hər iki kəndin sakinlərinə deputatlığa namizəd Şahin İsmayılovun ictimai-siyasi fəaliyyəti barədə geniş məlumat verdi.
Şahin İsmayılov seçicilər qarşısında çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasına şərait yaradıb. Bu gün də bütün sosial proqramlar uğurla icra edilir. Atılan addımlar bir daha təsdiqləyir ki, dövlətin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan böhranlı illərdə belə sürətlə inkişaf edir, iqtisadi artımın sürətinə görə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyur. Buna əsas verən amil qeyd etdiyimiz kimi, Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin qətiyyətli daxili və xarici siyasətinin uğurlu nəticələridir.
Görüşlərdə böyük təntənə ilə iştirak edən hər iki kəndin sakinləri noyabrın 1-də YAP-ın deputatlığa namizədi Şahin İsmayılova səs verəcəklərini bildirdilər.