Xəbərlər
İmişli seçiciləri: Əsabil Qasımovun ötən 5 ildəki deputatlıq fəaliyyətindən razı qaldığımız üçün yenidən ona səs verəcəyik
Oktyabrın 22-də 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Əsabil Qasımov rayonun Murğuzallı, Xosrovlu, Mürsəlli, Qaraqaşlı Aranlı və Hacırüstəmli kəndlərində seçicilərlə görüşlər keçirdi
Görüşlərdə YAP İmişli rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Səfa Ağayev çıxış edərək bildirdi ki, İmişli camaatı Əsabil Qasımovu çox yaxşı tanıyır və onun beş ildəki deputatlıq fəaliyyətini müsbət qiymətləndirirlər.
Deputatlığa namizəd onunla görüşə gələn çoxsaylı seçicilərinə minnətdarlığını bildirərək vurğuladı ki, bu münasibət məni qürurlandırır. Əsabil Qasımov seçicilərə ölkəmizdə gedən iqtisadi inkşafdan, əhalinin sosial rifahının dövlət başçısı cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlanmasından söhbət açaraq bildirdi ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin etmişdir.
Görüşlərdə seçicilərin kəndlərdəki məişət-təsərrüfat problemlərini dinləyən Əsabil Qasımov öz imkanları çərçivəsində gələcək illərdə onların həll edilməsinə nail olacağına da söz verdi. Vurğuladı ki, Azərbaycan dövləti regionların inkişafına dair bir neçə çox mükəmməl Dövlət Proqramları işləyib hazırlayıb və onların icrasını da uğurla yerinə yetirib. İndi həmin problemlərin həlli tədricən aradan qaldırılır: «İnanıram ki, İmişli rayonunun kəndlərinin də problemləri qısa müddətdə aradan qaldırılacaqdır.»
Qeyd edək ki, görüşlərdə çıxış edən seçicilər deputatlığa namizəd Əsabil Qasımovu bir insan kimi yüksək qiymətləndirdiklərini deyərək seçkilərdə ona səs verəcəklərini bildirdilər.