Xəbərlər
İspaniya portalında Heydər Əliyev Mərkəzi haqqında məqalə yayılıb
İspaniyanın biznes sektorunda ən böyük portallarından biri olan “Interempresas”da Heydər Əliyev Mərkəzi haqqında geniş məqalə dərc olunub.
Məqalədə deyilir ki, Azərbaycanın paytaxtı Bakı uzun illər sovet memarlığının təsiri altında olub. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkədə infrastrukturun və müasir memarlığın inkişafı üçün əlverişli şərait yaranıb. Bununla da Bakı tipik sovet şəhərindən müasir memarlıq nümunələri ilə zəngin olan maraqlı şəhərə çevrilib.
Məqalədə Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, ölkədəki mühüm tədbirlərin keçirildiyi əsas məkana çevrilmiş Heydər Əliyev Mərkəzi Azərbaycanın və dünyanın müasir memarlıq incisidir.