YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının  19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu dünən Nərimanov rayonunun rus icmasının nümayəndələri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə də qələbə qazanacağına əmin olduğunu bildirib.

Sonra Azərbaycanda rus icmasının Nərimanov rayon nümayəndəliyinin rəhbəri Lidiya Hacıyeva görüş iştirakçılarını noyabrın 1-də seçki məntəqələrinə gəlməyə və YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb.  

YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu görüşdə çıxış edərək bildirib ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından dünyada  nümunəvi bir ölkədir.

Milli Məclisin hakimiyyətin mühüm qollarından biri olduğunu deyən deputatlığa namizəd parlamentdə təmsil olunmağın məsuliyyətli olduğunu vurğulayıb.

Sonda deputatlığa namizəd Hikmət Babaoğlu görüş iştirakçılarının arzu və istəklərini, təkliflərini dinləyib.