Xəbərlər
Ramiz Həsənov: Əsas məqsəd dünyada metrologiya sahəsində mövcud olan standartları ölkəmizdə cəmləşdirməkdir
Hazırda böyük etalon laboratoriyaların inşasına başlanılıb. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
R.Həsənov qeyd edib ki, əsas məqsəd dünyada metrologiya sahəsində mövcud olan standartları ölkəmizdə cəmləşdirməkdir. Onun sözlərinə görə, bu gün həmin sahələr Azərbaycanda inkişaf edir.
«Eyni zamanda, standart sahəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bir neçə müqavilələr imzalanıb. Belə ki, ARDNŞ-nin sifarişi əsasında neft sahəsi üzrə yeni standartlar hazırlanır»-deyə, Komitə sədri vurğulayıb.