Xəbərlər
Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan Respublikasının Konstitusiyasından, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından danışıb. Bildirib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı.
Digər çıxış edənlər - Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktor müavini Şəfəq Heydərli, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Ağstafa şəhər 2 saylı Kitabxananın müdiri Leyla Bayramova və Düzqışlaq kənd tam orta məktəbin tarix müəllimi Alı Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən geniş bəhs ediblər.
Sonda YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.