Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev də iştirak edib.