Xəbərlər
Rövnəq Abdullayev: Azərbaycan Rusiyaya qaz ixracını bərpa edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Rusiyaya qaz ixracını bərpa edib.Bu barədə jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayev deyib: "Bu gün Rusiyaya qazın verilişi bərpa edilib və qaz artıq ixrac edilir".
Onun sözlərinə görə, Rusiyaya qazın sutkalıq ixracı 2-2,5 milyon kubmetr təşkil edir. Şimal istiqamətindəki qaz kəmərində təmir və bərpa işləri başa çatıb.
Qaz nəqli 2014-cü ilin yanvarından dayandırılmışdı.