YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə şəhərin idarə və təşkilatlarının rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra akademik Zərifə xanım Əliyevayanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov, partiya fəalı Nurcamal Əsgərova və  ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova məruzə ilə çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıblar.

Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb. Onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti həm də bu günkü dövr üçün mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan xanımı kimi böyük nüfuza malikdir. Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq.