YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan meydanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Dahi Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş sərgi ilə tanışlıq olub.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra “Mədəniyyətə dəyər: Heydər Əliyev İrsindən” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda məruzəsi ilə çıxış edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunması və inkişafı sahəsində həyata keçirdiyi ardıcıl siyasətin önəmini vurğulayıb, Dahi Liderin rəhbərliyi dövründə mədəniyyətin müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova öz çıxışında Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının milli irsimizin qorunmasında və inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Ulu Öndər mədəniyyəti millətin yaddaşı və mənəvi dayağı kimi dəyərləndirərək bu sahəyə sistemli yanaşmanı əsas tutub.

Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxışında qeyd edib ki, ölkəmizin müxtəlif bölgələrində mədəniyyət mərkəzləri, muzeylər və digər mədəniyyət ocaqları yaradılıb, milli-mədəni irsin qorunması istiqamətində ciddi addımlar atılıb. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən diqqət və qayğısı regionlarda mədəni həyatın inkişafına təkan verir.

Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru Xəyal Nağıyev çıxışında bildirib ki, Ulu Öndər mədəniyyət və incəsənət xadimlərinin fəaliyyətinə yüksək dəyər verib, onların əməyini dövlət səviyyəsində qiymətləndirib. Vurğulanıb ki, bu siyasət nəticəsində yeni nəslin yaradıcı potensialının inkişafı üçün münbit şərait yaradılıb.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova çıxışında Ulu Öndər Heydər Əliyevin tarixi yaddaşın qorunması və muzeylərin fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətini diqqətə çatdırıb.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Aynurə Yahyayeva qeyd edib ki, Heydər Əliyevin maarifləndirmə və kitab mədəniyyətinin inkişafına verdiyi töhfələr bu sahədə əsaslı dönüş nöqtəsi olub: “Onun təşəbbüsü ilə kitabxanalar yenidən qurulub, müasir texnologiyalarla təchiz olunub. Bu gün kitabxanalar gənclərin maarifləndirilməsi istiqamətində mühüm mədəni platformaya çevrilib”.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına fəxri fərmanlar təqdim olunub.

Mədəniyyət ustalarının bədii ifaları ilə davam etdirilən tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv