YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin reallaşdırılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək

"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin reallaşdırılması Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək ki, bu da Azərbaycana öz enerji təhlükəsizliyini möhkəmləndirməyə və elektrik enerjisi ixracını təmin etməyə imkan yaradacaq. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan elektrik enerjisi sahəsində böyük uğurlara nail olub, eləcə də ölkədə 15-dən artıq elektrik stansiyası tikilib və yenidən qurulub.

Nazir qeyd edib ki, Azərbaycanın enerji sisteminin qonşu ölkələrin analoji enerji sistemləri ilə birləşdirilməsi üzrə fəal işlər görülür. O cümlədən Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin təmin olunması üçün geniş fəaliyyət göstərilir. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, perspektivdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verir.

Nazir qeyd edib ki, Azərbaycan Avropaya qaz ixracına başlanmasının astanasındadır. Azərbaycan qazı perspektivdə İtaliyadan o yana gedəcək və Mərkəzi Avropaya çatacaq.

Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 43,5 milyon ton neft və 29,5 milyard kubmetr qaz hasil olunub.