YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransı öz işinə başlamışdır

Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təbii fəlakətlərin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı işə başlayaıb.

Konfransa ECO-ya üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsinə məsul olan dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri qatılıblar.

Tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Qeyd edək ki, konfrans ECO-nun təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbir 2 gün davam edəcək və iyunun 5-də öz işini yekunlaşdıracaq.

DİGƏR Xəbərlər Arxiv