YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda şəhid Elman Bəhmən oğlu Məmmədovun ailəsini ziyarət edib.

Şəhid ailəsinin qayğılarını dinləyən millət vəkili vurğulayıb ki, Vətən və torpaq uğrunda canını fəda edən şəhidlərimizlə yanaşı, onların valideynləri də hər birimiz üçün əzizdir. Qeyd olunub ki, bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların böyük rolu olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan danışan Anar Məmmədov bildirib ki, bu kateqoriyadan olan şəxslər hər zaman dövlətin diqqət mərkəzində olacaq.