Xəbərlər
Şəmkirlilər yekdilliklə YAP-ın namizədi Sahibə Qafarovanı dəstəkləyirlər
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Qafarova Sahibə Əli qızının Şəmkir rayonunda seçicilərlə görüşləri davam edir. Növbəti görüşlər rayonun Yeni-Göyçə və Çaykənd kəndlərində keçirilib.
YAP Şəmkir rayon təşkilatının rəhbəri Fəxrəddin Vəliyev açaraq Milli Məclis üzvlüyünə namizəd Sahibə Qafarova haqqında seçicilərə geniş məlumat verib.
Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən namizədi Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə gördüyü işlərdən və partiyamızın beynəlxalq əlaqələrindən söz açaraq görüş iştirakçılarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olan Sahibə Qafarovanı yekdilliklə dəstəkləyəcəklərini bəyan ediblər.