Xəbərlər
Ağalar Vəliyevin Goranboyun Xanqərvənd kəndində seçiciləri ilə görüşü keçirildi
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil oğlunun Xanqərvənd kəndində seçiciləri ilə görüşü keçirildi.
Görüşüdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, Ağalar Vəliyevin vəkillərindən Şahin Allahverdiyev və Məzahir Zeynalov çıxış edərək, deputatlığa namizədin IV cü çağırış Qaradağ rayonundan deputatlığı dövründə gördüyü işlər barədə və tərcümeyi-halı haqqında seçicilərə geniş məlumat verdilər
Seçici kənd ağsaqqalı Talıb Bəylərov çıxış edərək bildirdi ki, Xanqərvənd kəndi öz zəhməti, qonaqpərvərliyi və ziyalıları ilə həmişə seçilən kənd olub. Kəndimiz dövlətimizin rəhbəri cənab Prezident İlham Əliyevi həmişə dəstəkləyir,bu gündə onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevə yekdikliklə səs verərək onu müdafiə edəcəyik.
Kənd sakini Nargilə Hüseynova çıxış edərək qeyd etdi ki, biz dövlət rəhbərliyimizin apardığı daxili və xarici siyasəti daimi dəstəkləyirik .Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm.Biz YAP üzvləri Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının ətrafında sıx birləşmişik və onun rəhbərlik etdiyi partiya üzvü olan YAP tərəfindən namizədliyi irəli sürülmüş və uzun müddət öz dövlətinə sadiq qalaraq xeyirəçilik işi ilə məşğul olan Respublikamızın hər guşəsində öz fəaliyyəti ilə iz qoymuş Ağalar Vəliyevi dəstəkləyəcəyik və ona səs verəcəyik .
Seçici Rasim Əliyev çıxışında qeyd etdi ki ,mən uzun müddət Yevlax Avtobazasında dispeçr işləmişəm.İşlədiyim idarə ilə Ağalar Vəliyevin rəhbərlik etdiyi Dəmir-Beton zavodu yaxın olub.Zavodda Goranboy rayonunun Xanqərvənd sakinləri də orada onun rəhbərliyi altında işləmiş və onun xeyirxahlığından ürək dolu danışmışlar. Ağalar Vəliyevin Yevlax rayonunda gördüyü işləri mənim göz qabağımdadır.Onun xeyriyəçilik işləri işlədiyi zavodda işçilərinə göstərdiyi qayğını heç kim unutmayıb eləcə də Qaradağ rayonunda deputatlığı dövründə rayonda apardığı quruculuq işləri, həmçinin rayonumuzda ən böyük lahiyə olan içməli su sisteminin rayon əhalisinə verilməsindəki xidmətləri danılmazdır.Mən sevinirəmki belə bir gözəl insanın bizim rayondan deputatlığa namizəd verilmişdir. Əminliklə bildirirəm ki,Ağalar Vəliyevi kənd seçicilərimiz dəstəkləyəcək və ona səs verəcəkdir.
Namizəd Ağalar Vəliyev çıxış edərək 4-cü çağırış Qaradağ rayonunda namizədliyi dövründə gördüyü işlər barədə seçicilərə geniş məlumat verdi və qeyd etdi ki,orda apardığım quruculuq və xeyriyəçilik işinin seçildikdən sonra 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcəyəm və beş il müddətində bu ərazilərdə öz izimi qoymağa söz verirəm.