Xəbərlər
İmişli seçiciləri Əsabil Qasmovun deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək yenidən ona səs verəcəklərini bildirirlər
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Əsabil Qasımov rayonun Otuziki, Muradallı, Nurulu, Yuxarı Qaralar, Özcələr və Soltanmuradlı kəndlərində secicilərlə izdihamlı görüşlər keçirdi.
YAP Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsində1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Oktyabrın 15-də YAP-ın 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımovun Otuziki, Muradallı və Nurulu kəndlərində, Oktyabrın 16-da isə Yuxarı Qaralar, Özcələr və Soltan muradlı kəndlərində seçiciləri ilə görüşləri keçirildi.
Seçicilərlə deputatlığa namizəd arasındakı xoş münasibətlər görüşlərin səmimi keçməsi ilə nəticələndi. Kənd sakinləri YAP-ın namizədi Əsabil Qasımovu yaxın adamları, dostları kimi qarşılayırdılar.
Görüşdə YAP İmişli rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının sədri Səfa Ağayev bildirdi ki, seçicilərlə Əsabil müəllimin belə səmimi mühitdə görüşəcəkləri gözlənilən idi. Çünki İmişli camaatı Milli Məclisin deputatı Əsabil Qasımova daim hörmət diqqət göstəriblər.
Görüşlərdə çıxış edən Əsabil Qasımov kənd sakinlərinə ona belə diqqət göstərdikləri üçün minnətdarlığını bildirdi.
YAP-ın namizədi çıxışında vurğuladı ki, qarşıda yeni hədəflərə çatmaq vəzifəsi durur. Bu gün partiyamızın məhz «Yeni hədəflərə doğru!» şüarı ilə seçkiyə qatılmasının özündə də bu niyyət dayanır. Bu hədəflərdə ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək əsas götürülüb.
Hər bir görüşdən sonra Əsabil Qasımov seçicilərin xoş münasibətindən qürurlandığını bildirdi və onları əmin etdi ki, seçkidə yenidən qələbə çalsa bundan sonra da hər bir kəndin problemlərinin həllinə nail olmağa çalışacaqdır.
Görüşlərdə çıxış edən seçicilər bildirdilər ki, onların seçimi artıq məlumdur. Bu seçim məhz Əsabil Qasımov olacaqdır.