YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Şahin İsmayılovun Beyləqan rayonunun Birinci Şahsevən və Tatallılar kəndlərində seciciləri ilə görüşləri keçirilib

81 saylı Beyləqan  seçki dairəsindən deputatlığa namizəd Şahin İsmayılovun rayonun Birinci Şahsevən və Tatallılar kəndlərinin seciciləri ilə izdihamlı  görüşləri keçirilib.

1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Seçki Qərargahının Beyləqan rayon şöbəsində mütəşəkkilliklə davam edir. Dünən YAP-ın 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədi Şahin İsmayılovun Birinci Şahsevən və Tatallılar  kəndlərinin seciciləri ilə görüşləri keçirildi. Böyük qələbəliklə keçən görüşlərdə yüzlərlə seçici iştirak edirdi.

Görüşdə deputatlığa namizəd Şahin İsmayılov çıxış edərək kənd camaatına belə yüksək seçki əhval-ruhiyyəsində olduqları üçün minnətdarlığını bildirdi. O, görüşlərdə iştirak edən gənclərə xitabən bildirdi ki, bu gün harada yaşamasından asılı olmayaraq hər birimizin qürur mənbəyi olan Azərbaycan ən yüksək zirvələri fəth edir.  Təbii ki, bu inkişaf, tərəqqi biz gəncləri daha da ruhlandırır, gələcəyə daha böyük inamla addımlamağımıza əsas yaradır. Şahin İsmayılov bildirdi ki, mövcud inkişafa nail olmağımızda daim müasirləşən, inkişaf edən YAP-ın da böyük rolu vardır. Məhz bu səbəbdən də hər bir seçici YAP-ın namizədinə dəstək verməklə yeni inkişafa, sosial rifaha səs vermiş olacaqdır. İnanıram ki, siz müdrik seçicilər bu amilləri həmişə olduğu kimi, bu dəfə də nəzərə alaraq YAP-ın namizədlərinin qələbəsini təmin edəcəksiniz.

Görüşlərdə çıxış edən kənd ziyalıları, gənclər Şahin İsmayılovu gənc nəslin nümayəndəsi kimi,  bir ziyalı kimi yüksək dəyərləndirdiklərini bildirdilər. Onlar yekdilliklə məhz YAP-ın namizədini dəstəkləyəcəklərini ifadə etdilər.