YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmimi dostluq və sıx əməkdaşlıq əlaqələri

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Şimali Makedoniya ilə Azərbaycan arasındakı səmimi və diplomatik münasibətlərin uzun tarixi vardır. Məhz Ulu Öndər Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə dövlətlərimiz arasında səmimi əlaqələr yarandı. Belə ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin 28 iyun tarixində qurulmuşdur. Məlumdur ki,Azərbaycan Respublikasının Milli Məclisində  Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmışdır. Səmimi dostluq və əməkdaşlıq münasibətləri bu gün də yüksələn xəttlə inkişaf etməkdədir. Bildiyimiz kimi Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycanda səfərdə olub. Cari ilin mart ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz nitqində ölkələrimiz arasındakı səmimi dosltuq münasibətlərindən bəhs edərək,bir sıra faktları diqqətə çatdırıb.  Əlbəttə ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir.

Qeyd edilən faktlar onu deməyə əsas verir ki, bəli, Azərbaycan güclü iqtisadiyyatı olan dövlətdir. Xüsusilə Prezident,Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən düzgün iqtisadi siyasət kursu məhz Azərbaycanın hərtərəfli inkişafını təmin edir, eyni zamanda Avrasiya materikində yerləşən dövlətlərlə, eləcə də digər xarici dövlətlərə münasibətlərimizi yüksək səviyyədə tənzimləyir. Şimali Makedoniya Prezidentinin “Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir”, kimi fikirləri səsləndirməsi Azərbaycanın nəinki regionda, beynəlxalq müstəvidə də etibarlı tərəfdaş ölkə olduğunu göstərir.

Bəli, ona görə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı güclü siyasət kursu xalqımızın, dövlətimizin maraqlarını layiqincə təmin edir, həmçinin Azərbaycanın beynəlxalq aləmdə güclü və etibarlı tərəfdaş ölkə kimi nüfuzunun artması istiqamətində işıqlı yol açır.