YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, sənaye məhsulunun 62,6 faizi mədənçıxarma, 29,4 faizi emal, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,0 faiz artıb, neft hasilatı isə 2,1 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 74,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 97,2 faiz, poliqrafiya məhsullarının istehsalı 76,3 faiz, tikinti materiallarının istehsalı isə 12,2 faiz artıb.

Bundan əlavə, metallurgiya məhsullarının istehsalında 5,1 faiz, hazır metal məhsullarının istehsalında 62,0 faiz, kompyuter, elektron və optik məhsulların istehsalında 71,9 faiz, elektrik avadanlıqlarının istehsalında 20,8 faiz artım müşahidə olunub.