YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Xll Qlobal Bakı Forumunda dünya üçün olduqca əhəmiyyətli məsələlər müzakirə olunacaq

Xll Qlobal Bakı Forumunda dünya üçün olduqca əhəmiyyətli məsələlər müzakirə olunacaq. Biz də qardaş Azərbaycanın daim yanında olduğumuz kimi, burada da iştirak etdiyimiz üçün olduqca qürurluyuq.

Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, forum dünyanın bir çox ölkəsindən gələn iştirakçıların öz fikirlərini bölüşməsi üçün əhəmiyyətli fürsətdir: “Eyni zamanda, 2025-ci il aprel ayında keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumu üçün də burada müzakirə olunan məsələlər nümunə rolunu oynayır”.