Xəbərlər
Deputatlığa namizəd Quliyev Musa İsa oğlu seçiciləri ilə görüşüb
Bu gün 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Quliyev Musa İsa oğlunun Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüb.
3-cü mikrorayon, 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilən tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev görüşdə çıxış edərək Musa Quliyevin fəaliyyəti barədə məlumat verib.
Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər Quliyev Musa İsa oğlunun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər. Musa Quliyev çıxış edərək, Milli Məclisə deputatlığa namizədliyini növbəti dəfə irəli sürdüklərinə görə partiyanın rəhbərliyinə və fəallarına minnətdarlığını bildirib, yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb:-“Çalışacağam ki, ötən illərdə olduğu kimi, qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”.