YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aureliya Qriqoriu: Avropa Məhkəməsi qanunun aliliyinin Ermənistanın siyasi spekulyasiyalar üzərində təntənəsini nümayiş etdirdi

Avropa İnsan Hüquqları Məhkəməsinin qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıması məhkəmənin qərəzsizliyinə inamı möhkəmləndirdi. Bunu Trend-ə Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu deyib.

A.Qriqoriu bildirib ki, bu qərar bütün dünyaya nümayiş etdirib ki, Avropa Məhkəməsində ikili standartlara yer yoxdur. Bu qərar dünyada erməni lobbisinin mövqeyini hələ zəiflətməyib. Lakin qərarın Türkiyə və bütün dünya üçün böyük əhəmiyyəti var.

A.Qriqoriu qeyd edib ki, Avropa Məhkəməsinin qərarı İnsan Haqları Konvensiyası və qanunun aliliyinin siyasi spekulyasiyalar və yalan üzərində təntənəsini nümayiş etdirdi.

Qeyd edək ki, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük palatası qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb.

Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin "erməni soyqırımı" böyük yalandır" ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə, ittiham edilməsinin yolverilməz olduğunu tanıyıb.

2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.