Xəbərlər
Bakıda Azərbaycan-Avstriya İşgüzar Görüşü keçiriləcək
Oktyabrın 19-da Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya İşgüzar Görüşü keçiriləcək.
İşgüzar görüşə tikinti, əczaçılıq, turzim, logistika, tibbi avadanlıqların istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 Avstriya şirkətinin qatılacağı gözlənilir.