Xəbərlər
Hüseynbala Mirələmov seçicilərlə növbəti görüşünü keçirdi
Namizədlikləri ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülənlərin təbliğat-təşviqat kampaniyası mütəşşəkkiliyi ilə seçilir. Bakı kinoteatrında beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi.
Görüşdə YAP Xətai rayon Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva, professor Qafar İsmayılov, filologiya elmləri doktoru, professor Elman Quliyev, YAP Xətai rayon təşkilatı sədrinin müavini Yeganə Qurbanova, seçicilərdən Qalina Manafova, Mənzər İsmayılova, Hicran Şərifov və başqaları çıxış edərək, seçiciləri ölkəmizin uğurları fonunda davamlı inkişafa nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namzədlərinə dəstək olmağa çağırdılar. Namizəd, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, dövlətə sədaqət, qanunlara hörmət, insanlara etibar, gələcəyə inam hər bir Azərbaycan vətəndaşının harda yaşamasında asılı olmayaraq əsas amalına çevrilməlidir. Dövlət-xalq birliyi möhkəmdir, sarsılmazdır. Bu həmrəyliyin daha da möhkəmlənməsinə hər kəs dəstək olmalıdır.