YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının maliyyə reytinqi müəyyən edilmişdir

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatında həyata keçirilən dəyişikliklərin əsasını obyektivlik və şəffaflığın təmin edilməsi təşkil edir. Bu baxımdan Kredit Təşkilatında növbəti bir yeniliyə imza atılıb. Belə ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin qərarına əsasən, Təşkilatın maliyyə vəziyyətinin reytinqi müəyyən edilməsi ücün reytinq təşkilatlarına müraciət edilmişdir.

Reytinqin müəyyən edilməsi dünyada böyük nüfuza malik olan və Baş Ofisi İtaliyanın Milan şəhərində yerləşən “MicroFinanza Rating” şirkəti tərəfindən həyata keçirilməsi qərara alınmışdır.

“MicroFinanza Rating” şirkəti son illərdə Şərqi Avropa və MDB dövlətlərində bir sıra Mikromalyyə təşkilatlarının maliyyə reytinqini müəyyən etmək ücün təhlil aparmış və onlara reytinq səviyyəsi barədə müvafiq hesabat  təqdim etmişdir.

Qeyd olunan reytinq şirkəti 2015-ci ilin  may ayının sonundan  iyul ayınadək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatında maliyyə və əməliyyat məlumatlarının təhlilini həyata kecirmişdir.

“MicroFinanza Rating” şirkəti tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatında toplanmış məlumatların  təhlilinin nəticələrinə əsasən, Kredit Təşkilatının maliyyə səviyyəsi yaxşı qiymətləndirilmişdir.

“MicroFinanza Rating” şirkəti tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına təqdim edilmiş sertifikata əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Mikromaliyyə İnistitutu kimi Reytinqi “BB-“, proqnozu isə “Stabil” müəyyən edilmişdir.

Habelə “MicroFinanza Rating” şirkətinin yekun rəyinə əsasən Kredit Təşkilatının fəaliyyəti  aşağıdakı kimi qiymətləndirilir:

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatında risklərin idarəedilməsində adekvat bacarıq vardır. Bu bacarıq əməliyyat və iqtisadi şərtlərin pisləşməsi zamanı mühüm təsir gücünə malikdir. Adekvat təməl və adekvat müştəri mühafizəsi sistemi vardır.

Reytinq təşkilatının təqdim etdiyi rəydə  “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının maliyyə reytinqi bütün əhəmiyyətli aspektlər baxımından müsbət  olduğu qeyd edilmişdir.

 

 

 

DİGƏR Xəbərlər Arxiv