Xəbərlər
Məlahət İbrahimqızı 2-ci mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirmişdir

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi, YAP Nəsimi rayon təşkilatının sədri, MM-in deputatı Məlahət İbrahimqızının təbliğat – təşviqat kampaniyası uğurla davam edir.
Məlahət İbrahimqızı A. Məhərrəmov küç. 27A ünvanında yerləşən parkda 2-ci mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirmişdir.
Görüşdə 500 nəfərə yaxın seçici iştirak etmişdir.