Xəbərlər
Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirib. O Azərbaycanda gender bərabərliyinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizdə gender siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Vurğulanıb ki, hazırda Prezident İlham Əliyev bu uğurlu siyasəti layiqincə davam etdirir. Bu gün Azərbaycan qadınları ölkənin sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, 287 saylı “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, Humanitar Fənlər Təmayüllü məktəb - liseyin direktoru Nəzakət Əsgərova, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Səlmin Quliyeva dövlətin qadınlara diqqət və qayğısından, xanımların cəmiyyət həyatının ayrı-ayrı sahələrində, dövlət quruculuğu prosesində, parlament və icra strukturlarında, elm və mədəniyyət sahələrində xüsusi fəallığından bəhs ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara hədiyyələr və gül dəstələri təqdim edilib.