YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qadınlar hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazıblar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycanda qadınların hüquqlarının qorunması və uğurlu gender siyasətinin təşkili məsələsi Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyulmuşdur. Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Heydər Əliyev gender siyasətinin gücləndirilməsini dövlətin prioritet vəzifələrindən biri hesab etmişdir. Ulu Öndər bütün dönəmlərdə qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır.

28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə dövlət başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdir. Ölkəmizdə dövlət gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda qadın hüquqlarının müdafiəsi, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur.

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının birinci qurultayı, 2003-cü ildə isə ikinci qurultayı baş tutmuşdur. Bu qurultaylar dövlət gender siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının birinci qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının dünyada artan nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv