YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Ağdam Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Şəhidlər Abidə Kompleksi ziyarət olunaraq gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 33 il öncə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etməsindən və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmasından, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etməsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizlənməsindən bəhs ediblər.