YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Ağstafa rayonunda 26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhid” Memorial abidə kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsindən bəhs edən sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildiriblər ki, 26 fevral 1992-ci il Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi həkk olunub. Xocalı soyqırımı Ermənistanın işğalçı siyasətinin, mülki əhaliyə qarşı həyata keçirdiyi amansız cinayətlərin ən qanlı nümunəsidir. Bu faciə nəinki Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı törədilmiş bir soyqırımı aktıdır. Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır.

Natiqlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, bununla da şəhidlərimizin qisasının alındığını xüsusi qeyd ediblər.

Sonda məktəblilərin təqdimatında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib.