Xəbərlər
Nəsimidə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi bizim qan yaddaşımızdır” adlı tədbir keçirilib.
T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə şagirdlərin Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində Xocalı sakinləri ilə görüş təşkil olunub, onlara ərzaq bağlamaları təqdim edilib.